Yuxarı

Öncədən satılan biletlər geri qaytarılacaq - AZAL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyasının yayılması nəticəsində yaranmış vəziyyətlə bağlı bilet satışları dayandırılıb. Öncədən satılmış biletlərin hər biri geri qaytarılacaq. Onların qiymətləri, xərcləri alan sərnişinə geri ödəniləcək.

Axar.az xəbər verir ki, bu sözləri Atv-nin efirində "Atv Aktual" verilişində qonaq olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov deyib.

"Bu gün kassaların qarşısında sıxlıq yaşanır. Sərnişinlərə tövsiyə edərdim ki, bileti olan şəxslər biletlərini onlayn şəkildə geri qaytarsınlar. Həmin sərnişinləri bir çoxu biletləri onlayn əldə ediblər. İndi də həmin qaydada evdə oturaraq, onlayn şəkildə biletləri geri qaytarıb xərclərini geri götürə bilərlər. Belə olan halda həm evdə olarlar, həm də kassaların qarşısında sıxlıq yaşanmaz", - deyə İ.Əmirov qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılması səbəbilə AZAL bir sıra istiqamətlərdə uçuşları müvəqqəti olaraq dayandırıb.

Tarix
2020.03.17 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla