Yuxarı

Bakının 1,1 milyardlıq korona büdcəsi: hara xərclənir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğin 1,1 milyard manatdan çox olduğunu bildirib.

Axar.az xəbər verir ki, Vüsal Qasımlı Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılanda ilk olaraq 10 milyon manat vəsait ayrıldığını deyib:

“Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı əsasında, pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına da qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Azərbaycanda koronavirusa qarşı mübarizə üçün hazırda 1,1 milyard manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-nin 2,2 faizinə çatır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir”.

V.Qasımlı qeyd edib ki, Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən çox ölkəsi müvafiq istiqamətdə Beynəlxalq Valyuta Fonduna (BVF) maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda, BVF və Dünya Bankı “Böyük iyirmiliyə” müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi banklarının monetar yumşalmaya getmək “rahatlığı” inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik, investorlar koronavirus pandemiyası başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir. Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər.

Tarix
2020.03.26 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya və ABŞ Bakıda saziş imzaladı

BƏM-dən Bakı və İrəvanla bağlı qərar: 1 il vaxt verildi

Vəliyev Portuqaliyanın nümayəndə heyəti ilə görüşdü

Ankaranın bu ölkə ilə gərginliyi Bakıya təsir edir

Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşdü

AŞ-ın ölkəmiz haqda Beşinci Rəyi təəssüf doğurur - XİN

Bu şəhər türk dünyasının mədəniyyət paytaxtı oldu

General polkovnikin yerinə onu rəis təyin etdi

Rusiyanı vursalar, dəqiq deyirəm, Avropanı məhv edəcəyik!

Prezident bu şəhərlərə baş konsullar təyin etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla