Yuxarı

Yardım almaq üçün necə müraciət edilməlidir? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yardım almaq üçün necə müraciət edilməlidir? – Video

11:38

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, 200 min işsizə 2 ay ərzində hər ay 190 manat yardım edilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu yardımı əldə etmək üçün məşğulluq xidmətlərində işsiz kimi qeydə alınmaq lazımdır.

İlk növbədə nəzərə alınmalıdır ki, muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. Ona görə də bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər.

Digər tərəfdən, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək.

Hazırda narahatlıq yaradan məsələlərdən biri işsiz olub, məşğulluq xidmətlərində qeydə alınmayanlarla bağlıdır. Təsadüfi deyil ki, bu şəxslər karantin qaydalarını pozaraq, Ağstafada Məşğulluq Xidmətinin binası önünə toplanmışdılar. Halbuki orda karantinə görə qəbul keçirilmirdi və işsizliyin qeydə alınması da onlayndır – internet üzərindən.

İşsiz kimi qeydə alınmaq üçün bunlar edilməlidir:

1. www.e-sosial.az saytına daxil olun.

2. Əgər asan imza və ya elektron imzanız yoxdursa, onda istifadəçi Fərdi İdentifikasiya Nömrəsi (FİN) ilə daxil olmalısınız.

3. Onlayn qaydada İstifadəçi FİN-nin əldə olunması üçün “Qeydiyyatdan keçin” düyməsini seçərək, şəxsiyyət vəsiqənizin FİN kodunu və adınıza olan mobil nömrənizi daxil edin.

4. Mobil telefonunuza gələn aktivasiya kodunu uyğun xanada yazıb, öz şifrənizi təyin etməklə qeydiyyatınızı tamamlayın.

5. İstifadəçi FİN ilə daxil olun, şifrənizi yığın və məşğulluq bölməsinə daxil olub, orda uyğun məlumatları yerləşdirin.

Bir məsələni də unutmayın ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemin yüklənməməsi üçün bu kateqoriyaya uyğun gəlməyənlərin müraciət etməməsini tövsiyə edib. Çünki lazım oldu-olmadı edilən müraciət bu kateqoriyadan olan və zəruri köməyə ehtiyac duyan soydaşımızın yardım almasını bir neçə gün gecikdirir.

Üstəlik, nazirlik sistemin yüklənməməsi üçün rayonlar üzrə təsnifatlandırma aparıldığını da qeyd etdi. Beləliklə, müraciətin rayonlar üzrə olacağı və onlayn müraciətdə rayonu seçməyiniz də lazım gələcək.

Tarix
2020.04.07 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla