Yuxarı

QHT Şurası və Real TV birgə kampaniyaya başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
QHT Şurası və Real TV birgə kampaniyaya başlayır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Real TV ilə birlikdə aprelin 7-dən etibarən “Evdə qalaq, bilgi alaq” onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başlayır.

Bu barədə Axar.az-a QHT Şurasından məlumat verilib. Xəbərdə qeyd edilir ki, kampaniya çərçivəsində günaşırı olaraq QHT rəhbərlərinin və tanınmış şəxslərin iştirakı ilə müxtəlif mövzularda ictimai müzakirələr təşkil olunacaq: "İlkin olaraq 10 istiqamət üzrə müzakirələrin mövzuları (siyahı əlavə olunur) müəyyən olunub. Digər mövzular isə QHT-lərin və vətəndaşların istək və təklifləri əsasında formalaşdırılacaq. İctimai müzakirələrin moderatoru və qonaqları barədə öncədən məlumat veriləcək. QHT rəhbərlərindən maraqlı ideya və təkliflər gözləyirik.

İlk ictimai müzakirə aprelin 7-si saat 15:00-da “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyevin moderatorluğu ilə “Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyətlə bağlı məlumatlandırma” mövzusunda keçiriləcək. Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Məmmədova, Addım Gənclərin İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Kamil Həmidov və “Gənc psixoloqlar” İctimai Birliyinin sədri Orxan Oruc canlı yayımda mövzu ilə əlaqədar çıxış edəcək həmçinin, vətəndaşların suallarını cavablandıracaqlar. (https://us04web.zoom.us/j/343587800?fbclid=IwAR2plAuzD wiDN1LopPWmL5T1_0oxaSDQ1sBnzLBFVTXeGgGHsTZDLGHvSo)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Evdə qalaq, bilgi alaq”onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasının İş Planı

1. 07.04.2020 15:00 Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma

2. 09.04.2020 15:00 Koronavirusla bağlı tibbi maarifləndirmə

3. 11.04.2020 15:00 Post koronavirusun dünya düzəninin dəyişməsinə təsiri

4. 13.04.2020 15:00 4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar

5. 15.04.2020 15:00 Sosial şəbəkələr başlıca kommunikasiya vasitəsi kimi özünü nə qədər doğrultdu?

6. 17.04.2020 15:00 Şuranın maliyyə dəstəyi ilə hazırlanmış filmlərin yaradıcı heyətləri ilə görüş və müzakirələr

7. 20.04.2020 15:00 Şuranın maliyyə dəstəyi ilə hazırlanmış kitabların müəllifləri ilə görüş və müzakirələr

8. 22.04.2020 15:00 Mədəniyyət və incəsənət xadimləri ilə görüşün təşkili

9. 24.04.2020 15:00 Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş

10. 27.04.2020 15:00 Azərbaycanın milli mətbəxinin tarixi haqqında müzakirələr."

Tarix
2020.04.07 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran sadələşdirilmiş gömrük dəhlizi yaradır

Əliyev və Ərdoğan İrəvana dəvət olundu

Mehdiyev Rusiyaya məktubunda nə yazıb? - Tam mətn

Prezident yeni səfirlər təyin etdi

İlham Əliyev bu səfirləri geri çağırdı

Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - Fotofakt

BƏƏ generalı Azərbaycanda səfərdədir - Foto

Mehdiyev işi: İstintaqa elə bir dosye təqdim olundu ki...

Arazdəyən-Sədərək ərazisi də açılmalıdır

Hakan Fidanın müavini Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla