Yuxarı

“Gənc əkinçi” layihəsi start götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gənc əkinçi” layihəsi start götürdü

"İrəli" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə İsmayıllı rayonunda "Gənc əkinçi" layihəsinin həyata keçirilməsinə başlayıb.

Axar.az xəbər verir ki, layihədə iştiraka ölkə mətbuatını təmsil edən 30-dək gənc jurnalist cəlb olunub.

Martın 12-də layihə iştirakçıları İsmayıllı Rayon İcra Hakimiyyətində olublar. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov son illər rayonda sosial-iqtisadi sahədə qazanılan uğurlardan, gənclərin cəmiyyətdə rolunun artırılması məqsədilə görülən işlərdən bəhs edib, "Gənc əkinçi" layihəsinin önəmini vurğulayıb.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin İsmayıllıda keçirilməsindən məmnunluğunu bildirərək, Azərbaycanda kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, bu gün ölkədə beş mindən çox KİV qeydiyyatdan keçib. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub və bu da gənc jurnalistlərin biliklərinin artırılmasını, onlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini zəruri edir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli 1875-ci ildə "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın təməlinin qoyulmasından, müasir dövrdə jurnalistikanın problemlərindən, əldə olunan uğurlardan danışıb.

Sonra rayon mədəniyyət evində "Gənc əkinçi" layihəsinin açılışı olub.

Layihə çərçivəsində martın 15-dək jurnalistlərə peşəkar ekspertlər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçiriləcək. Təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlər aparılacaq, dil kursları təşkil ediləcək. Qrupun, həmçinin gələcəkdə müxtəlif ölkələrin media orqanlarında təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur.

Tarix
2015.03.13 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla