Yuxarı

Biləsuvarda daha 5 nəfər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləsuvarda daha 5 nəfər həbs edildi

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayon sakinləri Azər Hüseynov, Xalid Ağayev və Bisitun Fətiqi Hüseynov sonuncunun idarə etdiyi “Peugeot” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində isə Gəncə şəhər sakini F. Bayramova və Bakı şəhəri Binəqədi rayon sakini Fərid Şamiyev sonuncunun idarə etdiyi “Reno Megane” markalı avtomobildə rayonun Xırmandalı kəndi ərazisində saxlanılıblar. Avtomobilə keçirilən baxış zamanı oradan 100 qram narkotik vasitə heroin, 327 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2020.05.02 / 13:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda bu şəxslər müharibəyə can atır - Ekspert

Zakir Həsənov azad olunmuş ərazilərdə - Foto

Sülh heç vaxt təmin olunmur - Papuaşvili

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla