Yuxarı

Bu metro stansiyasının tikintisi təhlükəlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu metro stansiyasının tikintisi təhlükəlidir?

Hüquqşünas Sahib Məmmədov açıqlamasında “Nizami” stansiyasının yaxınlığında, Mərkəzi Parkın altında B5 stansiyasının inşasının ağılsızlıq olduğunu bildirmişdi. Onun sözlərinə görə, həmin ərazi yeraltı suların aktiv zonasıdır və ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir.

Üstəlik, bunun son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihə olduğunu da açıqlamışdı.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib:

“Bundan əlavə, “Nizami-28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib və təhlillər aparılıb. B-5 stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”.

Qeyd olunub ki, metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axınının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir:

“Digər tərəfdən, bu keçidlə “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək”.

S.Məmmədov bu stansiyanın həddən artıq baha başa gələ biləcəyini, bunun əvəzində bir neçə stansiya tikilməsinin daha məqsədəuyğun olduğunu vurğulamışdı.

Bakı Metropoliteni isə B5 stansiyasının neçəyə başa gələcəyi və bunun digər stansiyalarla qiymət fərqi haqda sualı cavablandırmayıb.

Qeyd edək ki, dövlət proqramının bir hissəsi olaraq 2030-cu ilə qədər “Nizami” metrostasniyası yaxınlığında B5 stansiyası tikiləcək. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və “Nizami” stansiyasına qoşulmanı təmin edəcək.

Tarix
2026.04.30 / 12:37
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla