Yuxarı

Azərbaycan daha bir konvensiyaya qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:53

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyaya qoşulmaq Azərbaycan həqiqətlərinin daha geniş təbliğində önəmli rol oynayacaq.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsini təqdim edən Qənirə Paşayeva bu sənədin ölkəmiz üçün vacib əhəmiyyəti barədə geniş məlumat verib:

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya dövlət başçımız cənab İlham Əliyev tərəfindən təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub. “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya 3 dekabr 1958-ci ildə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib. Konvensiya 23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 ölkə tərəfindən ratifikasiya edilib. Konvensiyanın 14-cü maddəsinə əsasən YUNESKO-ya üzv dövlətlər öz milli qanunvericiliyinə uyğun olaraq bu Konvensiyanı ratifikasiya və ya qəbul edirlər. Konvensiyanın ratifikasiya etməzdən əvvəl imzalanması nəzərdə tutulmur”.

Deputatın sözlərinə görə, Konvensiyada bu konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və ya mədəniyyət profilli qeyri-hökumət qurumları arasında nəşrlərin mübadiləsi nəzərdə tutulur:

“Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər qeyd olunur. Xüsusi qeyd etmək lazımdır ki, bu Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara və açıqlanmayan digər sənədlərə şamil edilmir. Nəşrlərin mübadiləsi aidiyyəti orqanlar və qurumlar arasında ya birbaşa, yaxud milli mübadilə xidmətləri və ya mübadilə orqanları vasitəsilə həyata keçirilir. Dövlətlər mübadilə üçün ən əlverişli tariflər və daşınma şərtlərini təmin etmək üçün bütün zəruri tədbirlər görməlidirlər. İdxal və ixrac edilən nəşr məhsulları gömrük rüsumundan azad edilir və gömrük və digər prosedur qaylarının icrası zamanı ən əlverişli şərait yaradılır. Sənəddə həmçinin mübadilə imkanlarını artırmaq məqsədilə dövlətlərin müvafiq orqanları arasında məsləhət və informasiya verilməsi nəzərdə tutulur”.

Q.Paşayeva deyib ki, Konvensiyanın 17-ci maddəsinə əsasən hər bir dövlət Konvensiyaya qoşulma zamanı və ya qoşulduqdan sonra istənilən vaxt Konvensiyanın həmin dövlətin bütün ərazisinə şamil olunacağı və ya ərazisinin hər hansı bir hissəsinə şamil olunmayacağı barədə bəyanat verə bilər:

“Buna uyğun olaraq Azərbaycan Respublikası Konvensiyaya müvafiq bəyanatla qoşulur. Bəyanatda Konvensiyanın müddəaları Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi və Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərimizdə Konvensiyanın həyata keçirilməsinə həmin ərazilər işğaldan tam azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat verməməsi qeyd olunur”.

Deputat xatırladıb ki, Azərbaycan bu günə qədər YUNESKO-nun 10-dan çox konvensiyasına qoşulub:

“Azərbaycan YUNESKO ilə çox geniş əməkdaşlıq edir. Azərbaycanla YUNESKO arasında bir çox əməkdaşlıq sazişləri imzalanıb və mühüm layihələr həyata keçirilib. Bu çox önəmli layihələr ölkəmizin Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilib. Hörmətli Mehriban xanımın Azərbaycanla YUNESKO arasında yüksək səviyyədə əməkdaşlığın qurulmasında və həyata keçirilməsində böyük rolunu və xidmətlərini xüsusi vurğulamaq istəyirəm”.

Qənirə Paşayeva sonda deputatları “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq olunmasına səs verməyə çağırıb. Millət vəkilləri sənədi yüksək qiymətləndiriblər və Konvensiyanın təsdiq olunmasına səs veriblər.

Tarix
2020.05.05 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla