Yuxarı

Rəşad Həsənov koronavirusdan öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Həsənov koronavirusdan öldü

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı keçmiş hərbçi Rəşad Həsənov koronavirusdan ölüb.

Axar.az xəbər verir ki, bu barədə onun tələbə yoldaşı Nail Həsən sosial şəbəkə hesabında yazıb.

“Bu gün aldığım üzücü bir xəbər məni dəli olmaq həddinə gətirib çıxardı. Ali Hərbi Məktəbdə bir yerdə oxuduğum kursant yoldaşım, həmişə bir-birimizə “əmioğlu” deyə müraciət etdiyimiz vətənpərvər qardaşım Rəşad Həsənov Sankt-Peterburq şəhərində koronavirusdan vəfat edib. Rəşad fiziki cəhətdən çox sağlam idi, daim idmanla məşğul olduğundan onun koronavirusa yoluxaraq vəfat etməsinə heç cür inana bilmirəm. Aldığım məlumata görə, mayın 14-də Peterburqda xəstəxanaya gedib və pnevmaniya diaqnozu ilə bu gün səhər saat 6:00-da dünyasını dəyişib. Qəlbi, ürəyi hər zaman Qarabağ vüsalı ilə çırpınan Rəşadın arzusu ürəyində qaldı”, - Nail Həsən qeyd edib.

Tarix
2020.05.20 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla