Yuxarı

Mnatsakanyan: "Dünən böyük faciə baş verdi, çoxlu əsgər itirdik"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mnatsakanyan: "Dünən böyük faciə baş verdi, çoxlu əsgər itirdik"

Erməni ordusunun cəbhə xəttində böyük itkilər verməsi düşmən ölkədə ciddi bir çaxnaşmaya, sosial gərginliyə səbəb olub. Vəziyyət o həddədir ki, erməni cəmiyyətinin tanınmış simaları da öz yarıtmaz hakimiyyətlərinə etiraz edir, Qarabağdakı itkilərin hesabatını sorurlar.

Axar.az xəbər verir ki, bu tipli etirazlardan birini özünün internet səhifəsində erməni jurnalist Romella Mnatsakanyan yazıb:

"Dünən günü faciə ilə açdıq. Biz Artsaxın şanlı oğullarını itirdik. Sözsüz, döyüşçülərimiz düşmənin çoxsaylı həmlələrini dəf edərkən mərdlik və qəhrəmanlıq nümayiş etdirdilər. Biz fəxr etməliyik ki, Ermənistanın və Artsaxın belə oğulları var.

Amma burada bir anlaşılmazlıq var. Nədən cəbhədəki həqiqi itkilərimizlə bağlı səhih bilgiləri ayrı-ayrı jurnalistlərin dilindən eşidirik... rəsmilərin YOX!

Və düşmənin diversiyaları vaxtı verdiyimiz itkiləri nədən gizlədirik? Dünən bütün KİV-lər 3 nəfərin həlak olması və 4 nəfərin yaralanması xəbərini yaydılar. Amma efirdə fərqli rəqəmlər səsləndirildi..."

Tarix
2015.03.20 / 12:24
Müəllif
Günay İbrahimova
Digər xəbərlər

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla