Yuxarı

“Azərpoçt” növbəli iş rejiminə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərpoçt” növbəli iş rejiminə keçir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin bütün poçt şöbələrində bayram günləri ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.

Axar.az xəbər verir ki, 23 və 26-30 may tarixlərində bütün poçt şöbələri saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Həmçinin Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri eyni saatlarda vətəndaşların xidmətində olacaq.

24-25 may tarixlərində isə paytaxtda və regionlardakı “Şəbəkə” xidmət mərkəzləri ilə yanaşı, Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2 (MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72 (MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi, teleqramların, məktubların, banderolların, bağlamaların, əsgəri göndərişlərin, pulköçürmələrinin çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin edilir.

Tarix
2020.05.22 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla