Yuxarı

Otellər açılışa hazırlaşır: qiymətlər elan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Otellər açılışa hazırlaşır: qiymətlər elan edildi

İyunun əvvəlində ölkədə turizm sektorunun bərpa olunacağı ehtimalına görə otellər açılış hazırlığına start veriblər.

Axar.az xəbər verir ki, pandemiyadan sonrakı açılışla əlaqədar otellər yeni qaydalar da tətbiq edib. Əksər otellərdə turistlərin gigiyenasını təmin etmək üçün dezinfeksiyaedici tunellər yaradılıb. Dezinfeksiyaedici tuneldə dumanlama üsulu ilə püskürdülən dezinfeksiya maddəsi dezinfeks dumana çevrilir və toxunduğu yerlərdə insanı islatmadan mikro-orqanizmləri məhv edir.

Dezinfeksiya tunelinin içərisində olan nozllar vasitəsilə avtomatik olaraq tətbiq olunan dezinfektor istifadəçilərin üzərindəki geyimlərin, əl və üz daxil olmaqla, bütün bədən səthinin dezinfeksiya olmasını tam təmin edir.

Açılışla əlaqədar otellər yeni qiymətlər də müəyyən ediblər. Belə ki, "Quba Palas Otel"də 2 nəfərlik otaq 120 manatadır. Həftə sonu üçün isə qiymət 160 manatdır.

Şabrandakı "Qalaaltı Otel Spa"da 2 nəfərlik standart otağın 1 günü həftə içi 135 manat, həftə sonu isə 185 manatdır.

Şəkidəki “Marxal Otel”də isə 2 nəfərlik standart otaq üçün qiymət 140 manat nəzərdə tutulub.

“Xəzər Palas Otel Lənkəran”da (Khazar Palace Hotel Lankaran) isə 2 nəfər üçün 2 gecə, 3 gün 160 manatdır.

Otellərin tətbiq etdiyi qiymətə standart otaqda gecələmə, səhər yeməyi, fitnes mərkəzi və saunadan, hovuzdan, otaqda isə kofe, çay və sudan istifadə daxildir.

Tarix
2020.05.23 / 17:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla