Yuxarı

Ana ölümünə görə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ana ölümünə görə cinayət işi açıldı

Bakıda "Astoriya" Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır.

Xatırladaq ki, Trend öncədən məlumat vermişdi ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə "Astoriya" Tibb Mərkəzində doğuş zamanı ölüb.

Ana uşağı qeysəriyyə əməliyyatı zamanı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

"Astoriya" Tibb Mərkəzindən hadisənin olmasını Trend-ə təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırırlar.

Tarix
2015.03.23 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla