Yuxarı

Arvad ərini öldürdü - Göyçayda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arvad ərini öldürdü - Göyçayda

Ötən axşam saat 23 radələrində Göyçay rayonunda qadın ərini öldürüb.

Göyçay rayon polis şöbəsindən Ans press-ə verilən məlumata görə, rayonun Çaxırlı kəndində yaşayan 1974-cü il təvəllüdlü Gülnarə Əkbər qızı İbrahimova həyat yoldaşı 1965-ci il təvəllüdlü kənd sakini Vəzir Ağasəlim oğlu İbrahimovu bıçaqlayıb.

Qadın mətbəx bıçağı ilə kişini ayağından vurub. Hadisə nəticəsində ağır yaralanan kişi xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, Vəzir İbrahimovun arteriya damarı kəsilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Vəzir İbrahimov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib.

Hadisəni törədən qadın polis tərəfindən saxlanılıb. Gülnarə İbrahimova polisə verdiyi ifadədə bildirib ki, əri onu döyüb. Qadın da özünü xilas etmək üçün bıçağa əl atıb. Qadın bildirib ki, əri ilə əvvəldən problemi olub. Onlar arasında dəfələrlə mübahisələr və davalar olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
2015.03.24 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla