Yuxarı

Xaçmazdakı tükürpədici qətlin - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazdakı tükürpədici qətlin - Təfərrüatı

Xaçmazda yarım il əvvəl itkin düşdüyü bildirilən kişinin həyat yoldaşı və oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.

Axar.az Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, 2014-cü il oktyabrın 26-da Xaçmaz rayon sakini Məmməd Seyidov Polis şöbəsinə müraciət edərək Rəhimoba kəndində yaşayan qardaşı Binnət Seyidovun həmin il yanvarın 26-da işləmək adı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciət əsasında Xaçmaz RPŞ-də B.Seyidov barəsində axtarış işi açılıb, müvafiq araşdırmalar aparılıb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə B.Seyidovun Dağıstan Respublikasına getməsi və itkin düşməsi faktı təsdiqini tapmayıb. Onun şəxsi münaqişə zəminində arvadı Şamamanın təhriki və iştirakı ilə oğlu Əmir tərəfindən ov tüfəngindən açılmış atəşlə yatmış halda qətlə yetirildiyi, cəsədinin isə həyətdəki quyuya atıldığı müəyyən edilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq B.Seyidovun çürümüş vəziyyətdə olan cəsədi quyudan çıxarılaraq sonrakı araşdırmalar məqsədilə aidiyyatı üzrə məhkəmə-tibbi ekspertizasına verilib.

Şamama və Əmir Seyidovlar polis əməkdaşları tərəfindən tutulub, cinayətin törədilməsində istifadə edilmiş "TOZ-16" markalı tüfəng maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Tarix
2015.03.29 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT baş katibi İlham Əliyevi təbrik etdi

BTQ istismara verildi

Azərbaycan və Özbəkistan XİN başçıları danışdı

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

Enerji strategiyası ölkənin inkişaf modelini formalaşdırdı

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

İlham Əliyev İtaliya prezidentini təbrik etdi

İran bu 3 tələbdən çəkilməyəcək – Türk general

Tramp onu Azərbaycana səfir göndərmək istəyir

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla