Yuxarı

Bakıda taksi sürücüsünü bıçaqladılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda taksi sürücüsünü bıçaqladılar

Abşeron rayonunda iki nəfər taksi sürücüsünü bıçaqlayaraq avtomobilini qaçırıb.

Report-un məlumatına görə, hadisə rayonun "At Yalı" kimi adlanan ərazidə baş verib.

Hadisə zamanı metronun "20 Yanvar" stansiyasının yaxınlığında 53 yaşlı İntiqam Ağayevə məxsus 'Hyundai' markalı avtomobilə iki nəfər əyləşərək onları Abşeron rayonu 'At Yali' adlanan əraziyə aparmalarını xahiş ediblər.

Müştərilər deyilən əraziyə çatanda İ.Ağayevə qarşı zor tətbiq ediblər. Onun əl nahiyəsinə biçaqla xəsarətlər yetirən cinayətkarlar sürücünün əl-qolunu bağlayıb avtomobilin yük yerinə qoyublar. Avtomobilin sükani arxasına keçən cinayətkarlar sürücünü yoldan bir qədər kənara ataraq maşınla birlikdə hadisə yerindən uzaqlaşıblar. İ.Ağayev yaxınlıqdan keçən yük maşınlarının köməyi ilə hadisə barədə polislərə məlumat verə bilib.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. İ.Ağayevə ağır bədən xəsarəti yetirməklə onun avtomobilini qaçıran şəxslərin axtarışı davam etdirilir.

Tarix
2015.03.30 / 09:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla