Yuxarı

Sürücünü döyüb maşınını oğurlayanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücünü döyüb maşınını oğurlayanlar tutuldu

Martın 28-də taksi sürücüsünə xəsarətlər yetirərək maşınını ələ keçirən quldur dəstə yaxalanıb. Quldurlar ayrı-ayrı rayonlardan olsa da, At yalı yaşayış sahəsində yaşayırlar.

Axar.az-a Abşeron rayon Polis İdarəsindən verilən xəbərə görə, "20 yanvar" metro stansiyası ərazisindən İntiqam Babaverdi oğlu Ağayevin taksi kimi işlətdiyi "Hyunday Elantra" markalı 90 SL 602 nömrə nişanlı avtomobilə oturaraq onu Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivinə sürdürən şəxslər saxlanılıb. Həmin şəxslərin At yalı sakinləri olan 1980-ci il təvəllüdlü, Beyləqan rayonundan olan, əvvəllər məhkum olunmuş Ceyhun Nuhəli oğlu Nəsirov və 1991-ci il təvəllüdlü, Ağcabədi rayonunda qeydiyyatda olan İlqar Fərman oğlu Abbasov olduğu bildirilir.

Hər ikisi şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Abşeron Polis İdarəsində 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb.

Avtomobil quldurlardan alınaraq sahibinə qaytarılıb.

Tarix
2015.03.31 / 13:55
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla