Yuxarı

Hava xəbərdarlığı: Güclü külək, leysan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hava xəbərdarlığı: Güclü külək, leysan...

İyunun 25-i gündüzdən 27-si gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 25-28 metr olacağı, yarımadanın bəzi yerlərində 30 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, iyunun 26-sı gündüz və iyunun 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° enəcək, maksimal temperatur 24-27° isti olacaq.

İyunun 25-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək. Şərq küləyinin sürəti saniyədə 18-23, ayrı-ayrı yerlərdə arabir 25-30 metr olacaq, bəzi Kür vadisi rayonlarında 33-35 metrədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.

Tarix
2020.06.24 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur

Azərbaycan qatarı Ermənistanda - Video

Azərbaycanla ABŞ arasında mühüm iclas keçirildi

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla