Yuxarı

Qlobal sorğu başladı: hamınız iştirak edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qlobal sorğu başladı: hamınız iştirak edin!

Hamınızı qlobal sorğuda işirak edib, Azərbaycanın səsini dünyaya duyurmağa çağırıram. Bir dəqiqə sürən sorğuda qlobal problemlər və onların çözüm yollarına dair fikirlərinizi bildirmək, eləcə də BMT-nin baş katibinə konkret təkliflər vermək imkanınız var.

Axar.az xəbər verir ki, bu barədə çağırışı Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sosial şəbəkə üzərindən edib. O bildirib ki, Qarabağ həqiqətləri, Xocalı soyqırımı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, evinə dönə bilməyən qaçqın və məcburi köçkünlərimiz, girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələlər inanıram ki, xüsusi diqqətinizdə olacaq:

“Sorğunun nəticələri bu il sentyabrın 21-də Nyu Yorkda keçiriləcək sammitdə dünya liderlərinə və BMT rəsmilərinə təqdim olunacaq. Bundan başqa, sorğu iştirakçılarının cavabları hazırlanmaqda olan “Vision 2045” (Baxış 2045) qlobal sənədinin əsasını təşkil edəcək”.

Qeyd edək ki, Azərbaycan dilinə tərcümə olunmuş sorğuda iştirak etmək üçün Bu Linkdən istifadə etmək lazımdır.

Tarix
2020.07.02 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla