Yuxarı

Bandotdelin keçmiş rəisi həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bandotdelin keçmiş rəisi həbs edildi

Bakıda Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vaxtilə tanınmış kinorejissor və aktyor olan Nizami Musayev saxlanılıb.

Trend-in məlumatına görə, N.Musayev 1992-ci ildə Xalq Cəbhəsi hökuməti dövründə Daxili İşlər Nazirliyinin (DİN) Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsini tutub.

1995-ci ildən axtarışda olan N.Musayevə qarşı Cinayət Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olmuş) 88-1-ci (dövət əmlakını və ya ictimai əmlakı, xüsusilə killi miqdarda talama) və 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

DİN-nin mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, N.Musayev həm aktyor, həm ssenarist, həm də rejissor kimi tanınıb, eyni zamanda bir çox təhlükəli fəndlərin quruluşçusu olub (idmançı olduğuna görə, bir çox fəndləri şəxsən yerinə yetirib).

N.Musayevin ən məşhur filmi "Lətifə" filmidir. Həmçinin "Alman klinikasına şəxsi səfər", "Araqarışdıran", "Bəyin oğurlanması", "Cin mikrorayonda", "İşarəni dənizdən gözləyin" , "Qanlı zəmi", "Qara gölün cəngavərləri", "Qorxma, mən səninləyəm" və "Yaramaz" kimi filmlərin çəkilməsində iştirak edib.

Tarix
2015.04.02 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla