Yuxarı

Yol polisinə yenidən bu səlahiyyət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisinə yenidən bu səlahiyyət verildi

Qanuna edilən dəyişikliyə görə, dayanma və ya durma qaydalarını pozmağa görə nəzarəti həm də Dövlət Yol Polisi həyata keçiricək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində öz əksini tapıb. Dəyişikliyə əsasən dayanma və ya durma qaydalarına Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzarət edəcək.

Bu qurumlardan qayda pozuntusunu ilkin aşkar edən qayda pozan sürücünü məsuliyyətə cəlb edə biləcək.

Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum göstərəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarını pozubsa, tıxac yaranmasına və digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradırsa, maşın cərimə edən qurum tərəfindən evakuasiya olunacaq.

Qeyd edək ki, dəyişiklik yalnız 346.1 və 346.2-ci maddələrə aiddir. Digər hallarda dayanma-durmaya görə məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də olaraq Bakı Nəqliyyat Agentliyinə aiddir.

Tarix
2020.07.11 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

Prezident Daramber Qoxul ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla