Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
6 Avqust 2020


Ordumuz düşməni geri çəkilməyə məcbur edib - Polkovnik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir. Bu qarşıdurma ordumuzun gücü ilə yanaşı, Minsk qrupunun səmərəsiz fəaliyyətini də isbatlamış oldu.

Axar.az xəbər verir ki, bu fikirlər Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova məxsusdur.

Məlum olduğu kimi, bu gün düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ağır artilleriyadan istifadə etməklə təxribata cəhd edib. Azərbaycan ordusunun sayıqlığı və layiqli cavab zərbəsi nəticəsində düşmən hücumu dəf edilib, ciddi itkilərə məruz qalan işğalçı geri çəkilməyə məcbur olub.

Cəlil Xəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bu gün Ermənistan ordusu növbəti dəfə təxribata cəhd edərək təmas xəttinin Tovuz istiqamətində hücuma keçərək Azərbaycan ordusunun mövqelərinə doğru irəliləməyə çalışıb. Lakin şanlı Azərbaycan ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Düşmən ordusunun qəfil hücumu Azərbaycan ordusu tərəfindən qətiyyətlə dəf edilib, əsgərlərimiz yenə də böyük qəhrəmanlıq və fədakarlığa imza atıb.

Düşmənin bugünkü təxribatı Azərbaycan ordusunun istənilən təxribatın qarşısını almağa, düşmənə layiqli cavab verməyə qadir olduğunu sübut etməklə yanaşı, Ermənistanın Qarabağ problemini sülh yolu ilə həll etməkdə maraqlı olmadığını, hər zaman olduğu kimi, bu gün də hərbi müstəvidə təxribatlardan imtina etmədiyini göstərir. Bu gün baş verənlər ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi fəaliyyətinin nə qədər yarıtmaz və faydasız olduğunu da bir kəs daha təsdiq etmiş oldu.

Hesab edirəm ki, başda Minsk qrupu olmaqla, bütün beynəlxalq təşkilatlar, həmçinin dünyanın aparıcı dövlətləri Ermənistanın bu təxribatını qınamalı, təcavzükar dövlətə qarşı ciddi təzyiq və sanksiyalar tətbiq etməlidir. Bütün dünya bilməlidir ki, düşmənin təxribatları müharibənin yenidən alovlanması, fasiləsiz hərbi əməliyyatların bərpası ilə nəticələnə bilər ki, buna görə bütün məsuliyyət işğalçı Ermənistanla yanaşı, həm də baş verənlərlə bağlı uzun illərdir ki, laqeydlik sərgiləyən beynəlxalq təşkilatların üzərinə düşəcək.

Düşmənlə qarşıdurmaya gəlincə, yalnız Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan ordusu düşmən ordusundan qat-qat güclüdür və qısa zamanda işğal altındakı bütün torpaqlarımızı azad etmək iqtidarındadır.

Bu gün düşmən təxribatını dəf edən zaman 2 hərbçimiz şəhid olub, 5 hərbçimiz isə yaralanıb. Mən şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm.

Mən indiki həsas məqamda Azərbaycan xalqını, cəmiyətin hər bir təbəqəsini bütün inciklikləri, fikir ayrılıqlarını, umu-küsüləri bir kənara qoyaraq ali baş komandanın, prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, Azərbaycanın maraqları uğrunda bir nəfər kimi səfərbər olmağa çağırıram. Bu gün bizim belə bir birliyə hər zamankından daha çox ehtiyacımız var və inanıram ki, biz bu çətinliyin, bu sınğaın da öhdəsindən birlikdə gələcəyik.

Eşq olsun qəhrəman Azərbaycan ordusuna! Eşq olsun ali baş komandana! Eşq olsun Azərbaycan xalqına”.

Tarix
2020.07.13 / 00:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Qara piar"çılardan sığortalanmaq üçün... - Deputat

Ələt-Astara yolunun bu hissəsi pullu olacaq

Baş nazirdən yeni qərar

Prezident anons etdi: Yeni islahat başlayır

DİM bu imtahanın nəticələrini açıqlandı

Çinli həkimlər fəaliyyətə başladı - Video

Misir mətbuatı erməni diplomatın yalanlarını ifşa etdi

Fonda toplanan vəsait açıqlandı

İlham Əliyev: Karantin rejimi hamımızı yorur

Şəhərdə çürümüş sənaye müəssisələrimiz var - Prezident

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla