Yuxarı

İspan qəzeti ermənilərin sərhəddəki təxribatından yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspan qəzeti ermənilərin sərhəddəki təxribatından yazdı

İspaniyanın qocaman nəşrlərindən biri olan “Lа Vanguardia” qəzetində “Erməni ordusu ilə baş verən insidentdə Azərbaycanın iki əsgəri öldürülüb” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə erməni ordusunun artilleriyadan istifadə etməklə Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədindəki mövqeləri tutmağa cəhd göstərməsi qeyd olunur. Erməni qüvvələrinin hücumu Azərbaycan ordusu tərəfindən dəf edilib. Nəticədə Azərbaycanın azı iki hərbi qulluqçusu həlak olub, daha beş nəfər yaralanıb.

“Lа Vanguardia” Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinad edərək yazır ki, “görülmüş adekvat tədbirlər nəticəsində ermənilərin hücumu dəf edilib, düşmən geri çəkilib”.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. Qeyd edilir ki, 1994-cü ildə erməni qüvvələri Dağlıq Qarabağı öz nəzarətləri altına keçirib, həmçinin Azərbaycanın “təhlükəsizlik zolağı” adlandırılan geniş ərazisini işğal ediblər.

Azərbaycan tərəfi bəyan edir ki, Ermənistan ilə münaqişənin həlli işğal olunmuş ərazilərin qeyd-şərtsiz geri qaytarılmasını nəzərdə tutur, bu tələb BMT-nin Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiq edilib.

Tarix
2020.07.13 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Rubio ilə danışdı

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla