Yuxarı

Bakıda narkotacirlərə qarşı əməliyyat - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat həyata keçirilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Axar.az-a verilən məlumata görə, Baş İdarəyə Pərviz adlı şəxsin Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Pərviz Məmmədəliyev tutulub. Onun Sabunçu rayonunda yaşadığı evə baxış keçirilən zamanı 755 qram narkotik vasitə həşiş qətranı, 242 qram heroin, 59 qram psioxotrop maddə metamfetamin, 31 ədəd metadon həbləri, 2 ədəd eletron tərəzi və sandıqçasında 4 ədəd patron olan “Sieger” markalı qaz tapançası aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə Goranboy rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Əhməd Ərəbov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zamanı ümumi çəkisi 9 qrama yaxın olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki şəxs paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Pərviz Məmmədəliyev və Əhməd Ərəbov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Tarix
2020.07.13 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla