Yuxarı

Sadıqovun qardaşının düşmən ordusunda vəzifə tutması... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sadıqovun qardaşının düşmən ordusunda vəzifə tutması... - Rəsmi

Bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.

Axar.az xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı yaydığı rəsmi açıqlamada qeyd olunub.

Bildiririk ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.

Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıqovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.

Mətbuat nümayəndələrini Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırırıq".

Tarix
2020.07.21 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla