Yuxarı

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb.

Axar.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında serpantoloq Anar Cəfərov deyib.

"Əsasən Mərdəkan və Buzovna zonasında, Bağlar massivində, həyət evlərindən dam ilanları ilə bağlı çağırışlar gəlib. Bəzi yerlərdə su ilanına da rast gəlinib. Yəqin ki, havalar sərin davam etsə, ilanların tam aktiv çölə çıxmaları bir az da uzana bilər. Amma havalar qızsa, onların artması kəskin halda müşahidə olunacaq", - o əlavə edib.

Anar Cəfərov bildirib ki, ilanlar adətən dənizə yaxın olan ərazilərdə çox olur:

"Adətən bizə ilanlarla bağlı məlumatlar Bakıətrafı həyət evlərindən daxil olur. Şəhərin mərkəzindən elə də çox müraciət edən olmayıb. Əsasən Bakı bağlarıdır, Bilgəh, Qala, Mərdəkan, Türkan, Şüvəlan, Qaradağdan müraciətlər çoxdur. Bundan başqa, Əhmədli, Həzi Aslanov, Hövsan tərəfdən də insanlar bizə müraciət edirlər".

Tarix
2026.05.03 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla