Yuxarı

İrəvanın hərbi təcavüzünə gec-tez son qoyulacaq - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın hərbi təcavüzünə gec-tez son qoyulacaq - Nazir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinin aradan qaldırılması bizim üçün bir nömrəli prioritet istiqamətdir.

Axar.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində qanunsuz olaraq yerləşən xarici hərbi qüvvələr çıxarılmalıdır:

"Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarına qayıtmalıdır. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz Azərbaycan tərəfi olaraq inanırıq ki, danışıqlar prosesi davam etməlidir. Bu məsələnin həll yolu danışıqlar prosesi ilə olmalıdır. Danışıqlar isə real və mahiyyəti üzrə aparılmalıdır. Danışıqlar imitasiya prosesi ola bilməz. Cənab Prezidentin qeyd etdiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntilər çoxdur. Onlar öz mandatlarına uyğun olaraq real prosesi həyata keçirməlidirlər. Yalnız təmas xəttində və ya iki dövlət arasında olan sərhəddə atəşkəs rejiminin monitorinqi ilə məhdudlaşa bilməz. Hesab edirik ki, danışıqlar prosesinin irəli aparılması üçün kifayət qədər uzun illər ərzində formalaşmış ciddi baza var".

"Ermənistan tərəfi başa düşməlidir ki, bu hərbi təcavüzə gec-tez son qoyulacaq. Ermənistan tərəfi düşünülməmiş siyasəti nəticəsində uzun illərdir bölgədə bütün inkişaf layihələrindən kənarda qalıb. Regionda zəmanətli uzunmüddətli tərəqqi və inkiişaf naminə Azərbaycan torpaqları azad edilməlidir. Azərbaycan mövcud vəziyyətlə heç vaxt barışmayacaq. Ermənistan tərəfi başa düşməlidir ki, danışıqları süni şəkildə uzatmaqla heç bir üstünlük əldə edə bilməyəcəklər”, - nazir qeyd edib.

Tarix
2020.08.08 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla