Yuxarı

Həftənin vəhşəti: dayı bacıqızını, “mavi” isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftənin vəhşəti: dayı bacıqızını, “mavi” isə...

Bu həftənin krimxronikasında 4 hadisə daha çox diqqət çəkir.

Axar.az-ın hazırladığı həftəlik kiriminal hadisələrin statistikasını təqdim edirik.

Aprelin 8-də, paytaxtın Yasamal rayonu ərazisində 135 nömrəli şərnişin avtobusunda qətl baş verib. 1962-ci il təvəllüdlü Namik Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il təvəllüdlü Fatma Şəmiyevanın bədəninin müxtəlif nahiyələrinə üstündə gəzdirdiyi bıçaqla xəsarət yetirərək qaçıb. Qadın xəstəxanada keçinib. Qatil isə ələ keçib. Qətlin qısqanclıqdan törədilməsi ehtimal olunur.

***

Bakıda daha bir oxşar və dəhşətli qətl Binəqədidə olub. Ər arvadını vəhşicəsinə qətlə yetirib. 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

***

Gəncədə də dəhşətli qətl hadisəsi baş verib. Azərbaycan Dəmiryol QSC-nin 4 saylı enerji təchizat stansiyasında işləyən 47 yaşlı Kifayət Əhmədova iş yerində dayısı, 77 yaşlı Qəzənfər İsgəndərov tərəfindən bıçaqlanıb. Ağır bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qətlin hansı zəmində baş verməsi, hələ ki, məlum deyil.

***

Aprelin 9-da isə özünü Ayka kimi təqdim etmiş şəxs Hacıqabul rayon sakini Elşən Atamoğlanovu Nizami rayonu ərazisində kirayədə yaşadığı evə dəvət edib. Orada onu bıçaqla hədələyərək mobil telefonunu alıb. Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi həmin Aykanı tapıb. Həmin şəxs Şabran rayon sakini Qismət Soltanovdur.

Hər iki şəxs cinsi azlıqdır. Həmin Ayka Elşənlə telefonla danışaraq 30 manata intim xidmət göstərdiyini deyib. Elşən də həmin məbləğə razılaşaraq onun evinə gedib. Onlar arasında münasibət bitəndən sonra Elşən pulu olmadığını deyərək getmək istəyib. Ayka isə bıçağı onun boğazına dayayaraq mobil telefonunu əlindən alıb.

Tarix
2015.04.12 / 14:46
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla