Yuxarı

Yayılan məlumatı bu qurum sifariş edib - Deputatdan şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yayılan məlumatı bu qurum sifariş edib - Deputatdan şok

13:04

Mən hansısa dövlət qurumunu tənqid edəndə, təklif verəndə üstündən bir neçə gün keçməmiş haqqımda yeni məlumatlar yayırlar. Allah onlara güc versin. Amma sifarişçilər bilməlidir ki, mən onsuz da silahımı yerə qoyan deyiləm.

Bunu Axar.az-a millət vəkili Rüfət Quliyev Dubaydakı Amerikan Universitetində övladlarının təhsili üçün 300 min dollar xərcləməsi barədə jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatla bağlı açıqlamasında deyib. O bildirib ki, övladları 15 il əvvəl məzun olub və o zaman təhsil haqları fərqli olub:

“Mənim övladlarım ərəb ölkələrindəki ABŞ universitetlərində oxuyublar. Bu universitetlərdə təhsil haqqı aşağı idi. 15 il bundan qabaq tamamilə başqa qiymətlər idi. Minlərlə gəncimiz xaricdə oxuyub, Azərbaycana qayıdır. Mənim də uşaqlarım Allah qoysa, vətənə qayıdıb burada işləyəcəklər. Onlar peşəkar analitiklərdir. 15 il əvvəl məzun olublar. Amma indiyə qədər də həm distant təhsil alırlar, həm də işləyirlər. Yaxşı statuslu işdə işləyirlər və hörmətləri də var. Vətənpərvərdirlər, onlarla fəxr edirəm”.

Deputat bildirib ki, həmin jurnalist sadəcə sifarişi yerinə yetirir:

“O, haqqımda yazıbsa, özü bilər. Amma onun sifarişçisi var. Cənab Prezident də tapşırıq verib ki, haradasa səhv-nöqsan görəndə, deyin. Biz Prezidentin tapşırıqlarını yerinə yetiririk. İndi onun əvəzini məndən bu formada çıxırlar. Qəribəsi odur ki, tənqidimin üstündən 2 gün keçməmiş bu addımı atırlar. Mən jurnalistə demirəm ki, niyə yazıb. Allah salamat etsin onu da. Təki mənim kimi hamısı öz övladları ilə fəxr eləsin. Belə məsələlərə toxunmağın mənası nə idi? Mən onsuz da tənqid edəcəm. Azərbaycan iqtisadiyyatında istənilən qurum qeyri-effektiv işləyirsə, mən və mənim kimi deputatların tənqidi olacaq. Tənqid təhqir deyil”.

Qeyd edək ki, millət vəkili ötən həftə TƏBİB-i tənqid etmişdi.

Tarix
2020.08.11 / 14:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla