Yuxarı

DİN böhtan xarakterli xəbərlərə aydınlıq gətirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN böhtan xarakterli xəbərlərə aydınlıq gətirdi - Foto

Sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Morullu kənd sakininə məxsus evə qeyri-qanuni yolla daxil olması, oradakı dini bayraq və şüarların sökülməsi ilə bağlı əsassız, böhtan xarakterli yayılan xəbərlərə aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional Axar.az-a bildirilib ki, AR Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilməsinə, məscidlərin fəaliyyətinin dayandırılmasına baxmayaraq, bəzi vətəndaşlar öz həyətlərində dini şüar və bayraqlar asaraq Aşura mərasimi təşkil etməklə karantin rejimini kobud surətdə pozmağa cəhd ediblər.

Bununla əlaqədar Şəmkir RPŞ-nin əməkdaşları rayon ərazisində mütəmadi reydlər keçirib, sakinlərlə izahedici-maarifləndirici söhbətlər aparıb. Reyd zamanı rayonun Morullu kəndi ərazisində Mahir Əmiraslanova məxsus fərdi yaşayış evində Aşura mərasiminin keçirilməsi ilə əlaqədar hazırlıq işləri görüldüyü, bu məqsədlə dini şüarlar və bayraqlar asıldığı aşkar edilib. Polis əməkdaşları dərhal mərasimi başlamadan dayandırıb, həmin şüar və bayraqlar sökülüb. Vətəndaş M.Əmiraslanov və onun oğlu Mətləb Əmiraslanov saxlanılaraq RPŞ-yə gətirilib, onlarla profilaktiki söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilərək inzibati qaydada cərimə ediliblər.

Tarix
2020.08.30 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla