Yuxarı

Putinin “Dostluq” ordeni verdiyi Feyruz İsayev kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB və Avropa məkanında məşhur iş adamı, “LUKOIL-Moldova” şirkətinin baş direktoru Feyruz Abdul oğlu İsayev Rusiya Federasiyasının dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilib.

Axar.az-ın Musavat.com-a istinadən məlumatına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müvafiq fərmanında deyilir ki, bu mükafat Moldova Respublikasının vətəndaşı olan həmyerlimiz Feyruz İsayevə "neft və qaz sənayesinin inkişafındakı böyük töhfəsinə və uzun illər vicdanla çalışmasına görə" verilib.

Feyruz Abdul oğlu İsayev 1952-ci il sentyabrın 1-də Göyçay şəhərində anadan olub. 1977-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri institutunu bitirib. Gəmiqayırma zavodunda texnik-konstruktor kimi əmək fəaliyyətinə başlayıb. 1982-1985-ci illərdə Azərbaycan LKGİ MK katibi vəzifəsində işləyib. Sov İKP MK yanında İctimai Elmlər Akademiyasının məzunu olub. Tarix elmləri namizədidir.

Feyruz İsayev 1990-1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, həmçinin, 1990-1995-ci ildə Azərbaycan parlamentinin deputatı olub.

1997-ci ildən bəri neft məhsulları bazarında çalışan azərbaycanlı iş adamı Moldovaya 1997-ci ildə 45 yaşı olarkən gəlib. O, “Arch-Petrol” şirkətini təsis etməklə bir il yarım müddətində 16 yanacaqdoldurma məntəqəsi və iki topdansatış bazası quraraq, ilk uğuruna imza atıb.

2001-ci ildə qurduğu biznesi “Lukoyl” şirkətinə satıb və onun rəhbərlərindən birinə çevrilib. İlkin dövrlərdə “Lukoyl”da baş direktorun birinci müavini vəzifəsində çalışan F.İsayev sonra Moldovanın neft məhsulları bazarında lider olan bu şirkətə rəhbərlik edib. O, bu illər ərzində Moldovanın ən məşhur iş adamlarından biri olmaqla yanaşı, digər sahələrdə də biznesini inkişaf etdirərək böyük şöhrət qazanıb.

O, bundan əvvəl Moldova Respublikasının Əmək Şöhrəti Ordeni (2007) və Moldova Respublikasının Fəxri Ordeni (2012) ilə təltif olunub.

Feyruz İsayev təkcə uğurlu iş adamı deyil. O, həm də ləyaqətli azərbaycanlı, çalışdığı ölkələrdə daim soydaşlarımıza bütün imkanları ilə arxa-dayaq olması ilə seçilir. 1997-ci ildən Moldovada olduğu müddətdə bu ölkədəki diasporumuzun güclənməsi üçün əlindən gələni edib. Moldovadakı azərbaycanlılar birmənalı olaraq onu özlərinin ağsaqqalı qəbul ediblər.

Moldova Azərbaycanlıları Konqresinin sonuncu konfransında o, yekdilliklə MAK-ın fəxri sədri seçilib.

Tarix
2020.09.05 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

VHP Ali Məclisi növbəti sessiyasını keçirdi

Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı

Xalqımız İlham Əliyevin rəhbərliyi ilə bunu edir - Deputat

Prezidentin BMT-də nitqi dünya üçün mesaj idi - Qafarov

Yenidən seçilsək, referendum təşkil edəcəyik - Paşinyan

Mirzoyanla görüşdüm, Bakı ilə sazişi müzakirə etdik

Türkiyə MN Azərbaycanla bağlı paylaşım etdi

Prezidentin yanındakı kiçik qız danışdı: Onu çox sevdim - Video

Bakı ilə razılığa gəlmişik - Paşinyan

Tatardan Azərbaycanla bağlı mühüm sözlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla