Yuxarı

Ötən günün yanğın hadisələri - Xronika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən günün yanğın hadisələri - Xronika

Axar.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən yanğın hadisələrinin xronikasını təqdim edir:

Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və içərisinə yığılmış ümumi çəkisi 600 kiloqram olan ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Daşkəsən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 79 kv.m olan yeməkxananın taxtadan ibarət divar üzlüyü 4 kv.m sahədə və pərdə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Zaqatala rayonu, Mosul kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yolun kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan birmərtəbəli 7 otaqlı kürsülü evin 2 otağının yanar konstruksiyaları 62 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2015.04.18 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla