Yuxarı

Polisin polis yoldaşını öldürüb yandırmasının - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisin polis yoldaşını öldürüb yandırmasının - Təfərrüatı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşınınn Bakıda qətlə yetirilərək yandırılmasının yeni təfərrüatları bəlli olub.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Virtualaz.org" özünün etibarlı mənbələrinə istinadən yayıb.

 

1988-ci il təvəllüdlü polis əməkdaşı Muxtar Nəcəf oğlu Kazımov polis işçisi olan digər xidmət yoldaşı Rabil Nuruş oğlu İbayevlə birgə Polis Akademiyasının qiyabi şöbəsində təhsil alırmış. Hər iki polis əməkdaşı Bakıya imtahan sessiyasına gəlibmiş.

 

Kazımovla İbayev sessiya müddətində paytaxtın Xətai rayonunda ev kirayələyib. M.Kazımovun qohumları bir neçə gün öncə onun yoxa çıxdığını bildiriblər. Polis axtarışlara başlayıb. Polisin ilk dindirdiyi şəxs Kazımovun otaq yoldaşı Rabil İbayev olub. O isə Kazımovun harada olması barədə heç nə bilmədiyini deyib.

 

Halbuki M.Kazımov elə İbayev tərəfindən öldürülübmüş. İbayev törətdiyi cinayətin üstünün açılacağından qorxaraq Kazımovun meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb.

 

O da məlum olub ki, M.Kazımov bundan az əvvəl şəxsi avtomobilini satıbmış. Maşının pulu da R.İbayev tərəfindən oğurlanıb.

 

Lakin polis Kazımovun qətlinin motivlərini açıqlamağa hələ tələsmir. Məsələ burasındadır ki, qətli törədən Rabil İbayevin səhhətində ciddi problemlər var, bu üzdən az öncə həyat yoldaşından da boşanıb. Belə ehtimal var ki, İbayevi bu cinayəti törətməyə sövq edən səbəblər arasında onun psixoloji problemləri amili də var.

Tarix
2015.04.19 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla