Yuxarı

Erməni azərbaycanlı futbolçunu qətlə yetirdi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni azərbaycanlı futbolçunu qətlə yetirdi - Yeniləndi

12:02

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində 28 yaşında vəfat edib.

Report-un məlumat-na görə, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.

Onun ermənilərlə dava zamanı bıçaqlandığı bildirilir. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron"un da dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb.

***

Rusiya İstintaq Komitəsi Yekaterinburqda azərbaycanlı, 27 yaşlı Emil Hüseynovun qətli ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalovski rayonunun Alpinistov küçəsində yerləşə kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emin Hüseynov adlı azərbaycanlının bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub.

Aparılan araşdırmalara zamanı məlum olub ki, insident zamanı daha bir nəfər yaralanıb. Adı açıqlanmayan həmin şəxs mübahisə edənlərin yanında olub.

Hadisənin məişət zəminində baş verdiyi müəyyənləşib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci (qəsdən adamöldürmə ) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyatla 1992-ci il təvəllüdlü bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Adı açıqlanmayan həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski qətldə şübhəli bilinən şəxsin milliyətcə erməni Tiqran Çiçakyan olduğunu bildirib:

"Şahidlər hadisə baş verən zaman Tiqranın qardaşı Andranikin də orda olduğunu söyləyiblər. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlamışdı. Bir nəfər barəsində isə axtarış vermişdi. Son olaraq, Tiqran Çiçakyan adlı şəxs barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslər isə sərbəst buraxılıb".

Tarix
2015.04.20 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla