Yuxarı

111 obyektdə gigiyena qaydaları pozuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
111 obyektdə gigiyena qaydaları pozuldu

İqtisadiyyat Nazirliyinin pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nazirlikdən Axar.az-a bildirilib ki, sentyabrın 14-də monitorinqlər zamanı Nizami rayonunda “Elegant mebel” mağazasında, “Elcan mebel salonu”nda, “Qala çay evi”ndə, Səbail rayonunda “Lvov şokolad” mağazasında, “Eyvan restoranı”nda, “Cafe city”də, Qaradağ rayonunda “Elman market”də, "Dostluq kafe”də, Lütfi Bədəlova, Fəxrəddin Mikayılova məxsus kafelərdə, Yasamal rayonunda “MD outlet geyim mağazası”nda, “Qoc ət” restoranında, “Şeraton restoranı”nda, “İstanbul lahmacun restoranı”nda, “Kaktus restoranı”nda, Suraxanı rayonunda “Oba market”də, “Toğrul market”də, “Öz Urfa restoranı”nda, “Atilla restoranı”nda, Sabunçu rayonunda Şamiddin Rzayevə məxsus “İnşaat materialları satışı” mağazasında, Xəzər rayonunda “24 saat market”də, “Şəmsi şirniyyat”, “Şərab evi” mağazalarında, “Görüş restoranı”nda, Nəsimi rayonunda “Corab mağazası”nda, “Second cup” iaşə obyektində, “London pub”da, Nərimanov rayonunda “M market”də, “Bequm butik geyim mağazası”nda, “Sushi Azərbaycan” iaşə obyektində, “VİP Solarium gözəllik salonu”nda, Binəqədi rayonunda “Şaurma kafe”də, “Pub kafe”də, Xətai rayonunda “Medika hospital”da, Vüsal Məmmədova, Fərid Seyidova, Turan Mürsəlliyə məxsus mağazalarda, Sumqayıt şəhərində “Ağababa market”də, “La Chateau” iaşə obyektində, “Street food kafesi”ndə, Abşeron rayonunda “Qarabağ market”də, “Kazbek çay evi”ndə, ümumilikdə, 111 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Tarix
2020.09.16 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

Onların etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bizi sanksiya ilə hədələyirdilər - İlham Əliyev

Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

Azərbaycanda iqtisadi inkişafla bağlı çətinlik gözlənilmir

Azərbaycan buna görə birinci yerdədir

Azərbaycan bir çox aspektlər baxımından... - Prezident

Azərbaycanın sabit, uğurlu inkişafı var - Prezident

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla