Yuxarı

Bələdiyyə sədri 3 min manat cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bələdiyyə sədri 3 min manat cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonları ərazilərində reydlər keçiriblər.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sentyabrın 11-də keçirilən reydlər zamanı Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci (atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilərək 600 manat məbləğində cərimələnib.

Sentyabrın 14-də keçirilən reydlər zamanı isə Abşeron rayonunun Hökməli qəsəbəsində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədri R.Orucov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
2020.09.16 / 15:04
Müəllif
Axar.az
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla