Yuxarı

Qubada sexlərə qənim kəsilmiş şəxslər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada sexlərə qənim kəsilmiş şəxslər tutuldu

Qubada avtomobil təmiri sexlərindən oğurluq edən şəxslər saxlanılıb.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aprelin 21-nə keçən gecə Qubanın Paşaoba kəndində rayon sakini İsmayıl Mirzəyevə məxsus avtomobillərin təmiri sexindən yük avtomobilləri üçün ehtiyat hissələri oğurlanıb.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Laçın sakini Yaşar İbrahimov və Qax sakini Eldəniz Atayev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 21-nə keçən gecə rayonun Paşaoba, Alekseyevka, İspik kəndlərində Ramil Şeydayevə, Bəhruz Səfərəliyevə və Əfqan Babayevə məxsus avtomobil təmiri sexlərindən avtomobil ehtiyat hissələri, 30 metr dəmir boru, 1 ədəd qapı, 1 ədəd soba və digər əşyalar, aprelin 17-nə keçən gecə isə Mikayıl Bədəlovun həyətindən dəmirdən hazırlanan 9 ədəd tor oğurlamaları da müəyyən edilib.

Tarix
2015.04.22 / 18:47
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla