Yuxarı

Sumqayıtın bu hissəsini su basdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtın bu hissəsini su basdı - Foto

Sumqayıt şəhərinin Koroğlu prospektində avtoyuma və yaşayış məntəqələri üçün çəkilən su borularından axan sular küçədə gölməçələrin yaranmasına səbəb olub.

Bu barədə Axar.az-ın redaksiyasına Sumqayıt şəhər sakini Səbuhi Həsənovun ünvanladığı şikayət məktubunda qeyd edilib. S.Həsənov evinin ətrafında gölməçə yarandığını və bu gölməcənin gediş-gəliş üçün ciddi problem yaratdığını bilidirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, ərazidə yeni layihə icra edilir və layihə çərçivəsində sözügedən problem tezliklə aradan qaldırılacaq:

“Sumqayıt şəhərinin ən böyük ekoloji problemlərindən biri olan Acıdərə kanalının boruya alınması işləri həyata keçirilir. Hazırda Acıdərə kanalı qapalı sistemə keçirilməklə yeni məcraya salınır. Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımı sayda texnika və işçi qüvvəsi cəlb edilib. Qeyd edilən yer də Acıdərə kanalının keçdiyi yerə aiddir. Həmin ərazidə bu gün də işlər davam etdirilir. Qısa müddətdə problem aradan qaldırılacaq”.

Tarix
2020.09.23 / 21:54
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla