Yuxarı

Açıq havada toy və yasa niyə icazə verilmir? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Açıq havada toy və yasa niyə icazə verilmir? - Rəsmi

15:46

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıq havada toy və yas mərasimlərinin təşkilinə icazənin verilməməsinin səbəbini açıqlayıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib ki, hazırda açıq, həm də qaplı məkanlarda olan obyektlərdəki insanların sayı ilə bağlı məhdudiyyətlər var:

“Kütləvi tədbirlərin təşkili qadağandır. Bir yerdə 10 nəfərdən çox insanın toplanması qadağası qüvvədədir. Bu, o deməkdir ki, bu tələb açıq məkanlarda ictiami iaşə obyektlərinə də şamil edilir. Açıq məkanlarda ona görə toy və yas mərasimlərinin təşkilinə icazə verilmir ki, qohumlar və tanışlar bu mərasimlərə gələrkən birbaşa masa arxasında əyləşib çay və qida qəbul etməklə məşğul olmurlar. Onlar tez-tez bir-biri ilə görüşürlər”.

Sədr müşavirinin sözlərinə görə, adətən, yas və toy mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş yeri kimi qiymətləndirilir: “Bu o deməkdir ki, onlarla, yüzlərlə insan bir-biri ilə təmasda olarkən yoluxma riskini çox artıracaq. Bu, çox təhlükəli hal ola bilər. Amma eyni masa arxasında bir-birini tanımayan insanlar oturduqda bu risk baş vermir. Bütün bunlar onu deməyə əsas verir ki, bu məsələlərə epidemik risk aşağı düşdüyü halda baxılsın. Amma bugünkü vəziyyətin, qərarın əsas arqumenti ondan ibarətdir ki, kütləvi şəkildə toplaşma kütləvi şəkildə ünsiyyət və yoluxma deməkdir”.

Tarix
2020.09.25 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

Trampın anonsu təsdiqləndi: Bundan sonra Türkiyə...

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla