Yuxarı

Hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdi

Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Axar.az-a verilən məlumata görə, qrafikə uyğun olaraq Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar.

Gənclər müzəffər ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər.

Sumqayıt şəhərindən, Bakının Binəqədi və Nizami rayonlarından olan çağırışçılar cəmiyyətə müraciət edərək respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və TƏBİB-in müvafiq təlimatlarına riayət edilməsinin vacibliyini bildirdilər. Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVİD-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırdılar. Vurğuladılar ki, “bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır. Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq.”

Qeyd edək ki, oktyabr ayı ərzində xidmətə yollanan gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.

Tarix
2020.10.22 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla