Yuxarı

“Nar”dan həkimlərə növbəti rabitə dəstəyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar”dan həkimlərə növbəti rabitə dəstəyi

Koronavirus (COVID-19) infeksiyasının davam etdiyi müddətdə “Nar” virusla mübarizə aparan həkimləri növbəti dəfə pulsuz rabitə ilə təmin edib.

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin təqdim etdiyi siyahı əsasında “COVID-19” infeksiyası ilə mübarizə aparan bir sıra xəstəxanaların həkimlərinin “Nar” nömrələrinin balansına 2 ay müddətində 50 AZN yüklənəcək. Məqsəd həkimlərin koronavirus infeksiyasına yoluxmuş şəxslərlə mütəmadi ünsiyyətdə olmalarını təmin etməkdir.

Xatırladaq ki, mobil operator bundan əvvəl də koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin etmişdi. Bundan başqa, “Nar” koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə bir sıra mühüm sosial layihələrdə aktiv iştirak edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.

Tarix
2020.10.22 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla