Yuxarı

Polietilen torbaları nə ilə əvəz etmək olar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polietilen torbaları nə ilə əvəz etmək olar?

İstifadə və istehlakının qadağan olunması nəzərdə tutulan polietilen qablaşdırma məhsullarının yerini tutan çoxçeşidli alternativlər mövcuddur.

Axar.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib.

Onun sözlərinə görə, “Ətraf mühitin mühafizəsi haqqında” qanunda ediləcək dəyişikliklər, 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların - çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehlakçıya satılması və verilməsi ilə bağlı məhdudiyyətləri nəzərdə tutur:

"Bunun səbəbi bəzi amillərlə izah oluna bilər. 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablar təkrar emala yararlı deyil. Eyni zamanda, bu torbalar çox yüngül çəkili olduğundan su hövzələrinə, kanalizasiya borularına ilişib qalır. Bundan əlavə, onlar torpaq qatında çürümədən qalıb kiçik mikrohissəciklərə parçalanır, bitkilərə, kənd təsərrüfatı məhsullarına, dolayısıyla insan orqanizminə zərər vurur. Onu da qeyd etmək lazımdır ki, plastik qablarda saxlanılan qidalar zəhərli maddələrlə qarışaraq orqanizmə ötürülür və bununla da insan sağlamlığına zərər vurur”.

S.Məmmədova insanlara tövsiyə edir ki, həm özümüzün, həm də təbiətin qeydinə qalaraq, polietilen torbalar əvəzinə parça (eko çantalar), kağız torbalar və həsir çantalardan istifadə edək. Birdəfəlik plastik qabları isə kağız, şüşə, metal alternativləri ilə əvəz edə bilərik.

Tarix
2020.11.19 / 19:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla