Yuxarı

Moldovalı deputatlardan Xocalı ilə bağlı - Bəyanat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Moldovadakı Səfirliyi, Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə paytaxt Kişineuda yerləşən “Time” otelinin konfrans zalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, Moldovada tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun təşkil edilən tədbir Xocalı qətliamına həsr edilmiş qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Moldova parlamentinin Demokratiya partiyası fraksiyasının sədri Dmitri Diakov, Sosialistlər partiyasının deputatları Odnostalko Vladimir və Nikita Çurkan, Moldovanın Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitaliy Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Belarus səfirliklərinin diplomatları, ölkədə yaşayan türk, yəhudi, gürcü və digər icmaların nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də bir sıra Moldovanın KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə deputat D.Diakov çıxış edərək, ermənilər tərəfindən törədilmiş Xocalı faciəsini pisləyib, xalqların birgə sülh içində yaşayışının önəmindən danışıb, Moldovanın ərazi bütövlüyü məsələsinə toxunaraq xalqlarımızın oxşar faciələr yaşadığını qeyd edib, qətliamın kədərlə yad edilməsində həmrəylik nümayiş etdirib.

Tədbir zamanı politoloq V.Andriyevski öz çıxışında Moldovanın nüfuzlu ava.md xəbər səhifəsində Xocalıya dair məqaləsinin dərc edildiyini diqqətə çatdırıb, gənc nəslin Xocalı soyqırımını unutmamalı olduğunu və Moldova xalqının insanlıq əleyhinə törədilən cinayətə qarşı azərbaycanlılarla həmfikir olduğunu bildirib, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın ötən illər ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə uğurlu inkişafına istinad edərək ölkəmizin ermənilər tərəfindən xarabalığa çevrilmiş bölgələrin sürətlə abadlaşdıracağını dilə gətirib. Tarixçi, həmçinin Azərbaycanın liderinin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş rayonlarımızda müxtəlif irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayaraq, bu ərazilərdə yaşayacaq azərbaycanlılarla yanaşı ermənilərin də rifahının yüksələcəyini bildirib. Bunun oxşar münaqişələr yaşayan xalqlar üçün örnək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbir çərçivəsində deputat V.Odnostalko çıxış edərək insan amilinin hər şeydən önəmli olduğunu diqqətə çatdırıb, Xocalı faciəsinin şəxsi maraqlar naminə siyasətdə atılan səhv addımların nəticəsi olduğunu və Moldovadakı azərbaycanlı icmasının burada yaşayan digər xalqlarla birgə dinc yaşayışının örnək olduğunu vurğulayıb.

Anım tədbirində çıxış edən yəhudiəsilli deputat N.Çurkan yəhudilərə qarşı Holokost qətliamını xatırlayaraq bir xalqa qarşı törədilmiş genosidin dəhşətlərilə tanış olduğunu bildirib, keçmiş nəsillərdən qalan tarixi dəlillərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib, ölkə daxilində birlikdə yaşayan xalqların bir-birinə hörmət etməli olduğunu, yalnız bundan sonra sülhə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

Yekun nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib, Xocalı qətliamına dair həqiqətləri iştirakçıların diqqətinə çatdırıb, bu faciənin insanlıq əleyhinə törədilmiş ən ağrılı cinayətlərdən biri olduğunu bildirib və ermənilərin tarix boyu Dağlıq Qarabağla bağlı apardıqları təxribatçı siyasətdən danışıb.

Bundan əlavə, tədbirdə Türkiyə Səfirliyinin əməkdaşı öz nitqində “iki millət, bir dövlət” şüarına istinad edərək qardaş Türkiyənin ölkəmizin hər zaman yanında olduğunu vurğulayıb. Eyni zamanda, MAK-ın sədri Elçin Bayramov, vətənpərvər diaspor üzvləri Maarif Rəhimov, Yasin Seyidov və Ramiz Ansarov Azərbaycan, rus və rumın dillərində çıxışlar edərək Xocalı həqiqətlərini tədbir iştirakçıları ilə bölüşüb.

Yekun olaraq tədbirdə Xocalıda baş verən faciənin Moldova Respublikasının parlamenti tərəfindən soyqırım olaraq tanınması üçün müvafiq müraciət ünvanlanmasına dair qərar verilib.

Sonda Xocalıda və Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə dualar oxunub, faciə qurbanlarına həsr edilmiş foto-şəkillərdən ibarət guşənin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulub.

Tarix
2021.02.25 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla