Yuxarı

Xocalı soyqırımı ilə bağlı daha bir bəyanat yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlandırılmış erməni separatçılarının SSRİ silahlı qüvvələrinin Xankəndidə yerləşən 366-cı alayının şəxsi heyəti ilə birlikdə Xocalı şəhərinin dinc əhalisinə qarşı hücuma keçərək soyqırım törətdiyi vurğulanıb:

"Yeddi min nəfər əhalisi olan şəhər yerlə-yeksan edildi. Şəhər əhalisi azərbaycanlı, türk və müsəlman olduqlarına görə kütləvi surətdə qətlə yetirildi. Dinc əhaliyə – qocalara, qadınlara, uşaqlara, xəstələrə qarşı ən amansız zülm üsullarından istifadə edildi. Nəticədə Xocalı əhalisinin 5379 nəfəri deportasiyaya məruz qalmış, 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər qoca olmaqla xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailənin bütün üzvləri öldürülüb, 27 ailənin yalnız bir üzvü sağ qalıb, 239 ailə başçısı məhv edilib. Eyni zamanda, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, o cümlədən onlardan 150 nəfərin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bunlardan 68 nəfəri qadın və 26 nəfəri uşaq olub.

Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq girovlar əzizlərinin gözü qarşısında güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, körpələrin və yaşlıların gözləri çıxarılıb, diri-diri torpağa basdırılıb. Əsir götürülmüş azərbaycanlı özünümüdafiə dəstəsinin döyüşçüləri erməni qəbirləri üzərində “qurban” kəsilib, alçaldılıb və təhqir ediliblər. Girov götürülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verilib.

Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Çünki bu cinayət bütün Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Bütün dövrlər üçün bəşəriyyətin ən böyük faciələrindən biridir. XX əsrin ən dəhşətli cinayətləri - Xatın, Sonqmi, Lidiçe soyqırımları ilə eyni səviyyədə durur. Bu qətliamın səbəbkarları isə Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” qurmaq xülyasına düşənlərdir.

Azərbaycana qarşı həyata keçirilən bu siyasət sülh və insanlıq əleyhinə cinayət olmaqla beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, uşaq hüquqları haqqında Konvensiya və insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır".

Qeyd edilib ki, 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Bütün bunlara baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib:

"Sıralarında yüz minlərlə üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1992-ci ilin fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı aşağıdakıları bəyan edir:

- Xocalı şəhərində yüzlərlə dinc sakinin amansızlıqla qətlinin təşkilatçıları və icraçıları olan, bunu açıq şəkildə etiraf edən Ermənistanın keçmiş hərbi və siyasi rəhbərləri və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmalıdırlar.

- Bütün ölkələrin hökumətlərini və parlamentlərini vicdanlarının səsinə qulaq asmağa və XX əsrin ən qəddar soyqırımından biri olan Xocalı soyqırımını tanımağa səsləyirik.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hesab edir ki, mövcud beynəlxalq hüquq çərçivəsində dövlətimiz tərəfindən görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək”.

Tarix
2021.02.26 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla