Yuxarı

Başçı qəzaya düşən nümayəndələrini işdən çıxartdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı qəzaya düşən nümayəndələrini işdən çıxartdı

Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qərar imzalayıb.

Qərara əsasən, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov, Ağabəyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi Göyüş Muradov vəzifələrindən azad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə ötən həftə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi A.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi O.Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi N.Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi G.Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinə zamanı C.Quliyevə döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2021.03.01 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə arasında vasitəçidir - ABŞ-dan mühüm baxış

Bu il minimum əmək haqqı artırılacaq

Mehdiyev bu quruma ağsaqqallıq edir: Kimsə cəsarət etmir...

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Toliklə Elgizin verilişi bağlandı, Zaur töhmət aldı

Bayramovun müavini Cenevrədə Zəngəzur dəhlizindən danışdı

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi

Türkiyədə F-16 qəzaya uğradı, ölən var - Video

Xameneinin ölüm xəbəri: İranın məqsədi nədir?

Kremlin Bakıya təsir imkanı artıq yoxdur - Avaqyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla