Yuxarı

Könüllülərə aprelə qədər ölkədən getməmək tapşırılıb? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Könüllülərə aprelə qədər ölkədən getməmək tapşırılıb? - Video

2021.03.04

Sosial şəbəkələrdə müharibə iştirakçılarına və ehtiyatda olan hərbi vəzifəli şəxslərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng edilərək, aprelə qədər ölkəni tərk etməmək barədə tapşırıq verilməsi ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı rəsmi qərar yoxdur:

“Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamı ilə hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.

Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil”.

Tarix
2021.03.05 / 10:37
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla