Yuxarı

Gədəbəyin Şahdağ kəndində işıq yoxdur? – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gədəbəyin Şahdağ kəndində işıq yoxdur? – Açıqlama

Gədəbəyin Şahdağ kəndinin bir hissəsində elektrik enerjisinin təchizatı günlərlə dayandırılır.

Bu iddianı Axar.az-a şikayət məktubu ünvanlayan kənd sakini Füzuli Əsgərov qeyd edib.

“Kəndin meşəyə yaxın hissəsi, yəni təxminən yarısı bu problemi yaşayır. Dəfələrlə Azərişıq ASC-yə və rayondakı yerli idarəyə müraciət etsək də, bir nəticəsi olmayıb. İşıq dirəkləri yoxdur, transformator köhnəlib. Bir az külək, yağıntı, qar olan kimi işığı söndürürlər. Elə vaxt olur ki, həftədə 3-4 gün işıq yanmır”, - o bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərişıq ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu bildirib ki, vətəndaşın səsləndirdiyi iddialar həqiqəti əks etdirmir:

“Şahdağ kəndi daimi elektriklə təmin olunur. Füzuli Əsgərovun elektrik enerjisinin təchizatı barədə səsləndirdiyi problemlər həyətində qeydə alınan fərdi problemdir. Bundan da əməkdaşlarımız məlumatlıdır”.

Tarix
2021.03.07 / 02:43
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla