Yuxarı

Bakıda xəzri, bölgələrdə yağış – Xəbərdarlıq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda xəzri, bölgələrdə yağış – Xəbərdarlıq!

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axar.az-a verilən məlumata görə, iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 6-7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun bir qədər enməsi müsbət amildir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Tarix
2015.06.05 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla