Yuxarı

Dəhşətli qəzanın istintaqı nazirin nəzarətinə keçdi - Rəsmi/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qəzanın istintaqı nazirin nəzarətinə keçdi - Rəsmi/Foto

12:09

Hazırda DİN-in yüksək rütbəli zabitləri Qaradağ rayon Qızıldaş qəsəbəsində icra nümayəndəliyinin qarşısına toplaşan sakinlərlə görüş keçirirlər.

"Axar.az"ın hadisə yerində olan müxbirinin məlumatına görə, görüşdə Abşeron Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov və Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev də iştirak edir. Onların avtomobil qəzasında həlak olmuş şəxsin ailəsi ilə də görüşəcəklər.

Xatırladaq ki, dekabrın 28-də Bakı-Şamaxı yolunda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Qəzada vəfat edənlərin valideynləri bu qəzanın polisin sürücünü qovması nəticəsində baş verdiyi iddiası ilə dünən Qızıldaş qəsəbəsində aksiya keçiriblər, həmçinin Müşfiqabad YPX postuna gələn Qızıldaş sakinləri yolu bağlayıblar. Onlarla görüşən Abşeron rayonunun polis rəisi və DYP-nin Müşfiqabad YPX postunun rəisi bu gün Qızıldaşda sakinlərlə görüşəcəklərinə və məsələyə aydınlıq gətirəcəklərinə dair vəd vermişdilər (Ətraflı BURADA).

Hazırda Qızıldaş qəsəbəsində görüş davam edir. Əlavə məlumat veriləcək.

***

12:50

"Ramil Usubov məsələnin araşdırılması ilə bağlı şəxsən göstəriş verib".

"Axar.az" məlumat verir ki, bu açıqlama ilə Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev çıxış edib.

O, Qızıldaşa gəlməkdə əsas məqsədlərinin baş vermiş hadisəni araşdırmaqdan ibarət olduğunu deyib:

"Bura gəlməkdə əsas məqsədimiz mərhumun ailəsi ilə görüşmək və məsələyə aid olan şahidləri dindirməkdən ibarətdir. Məsələ tezliklə araşdırılıb başa çatdırılacaq".

Tarix
2013.12.30 / 12:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla