Yuxarı

Qələbəni şəhidlərimizin qanı bahasına qazandıq – Kapitan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qələbəni şəhidlərimizin qanı bahasına qazandıq – Kapitan

Qırx dörd günlük Vətən müharibəsində qazanılmış Qələbədə iştirakımla şərəf və qürur duyuram. Vətən torpağının hər qarışı uğrunda döyüşmək bizə də nəsib oldu və sonda şanlı Qələbə əldə edildi, Azərbaycanın tarixinə şanlı bir salnamə kimi həkk olundu.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin hərbi qulluqçularla görüşündə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçüsü, “Qarabağ” ordeni ilə təltif olunmuş kapitan Nurlan Məmmədov səsləndirib.

Nurlan Məmmədov deyib ki, biz bu müharibədə Qələbəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına qazandıq. Hər dəfə döyüşə atılanda bizi bir amal, bir məqsəd gücləndirirdi - qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurub torpaqlarımızı tapdaqdan azad edək. Vətən naminə qəhrəmanlıq göstərən, Vətəni həyatı, sağlamlığı bahasına müdafiə edən döyüşçü yoldaşlarımız həmişə bizim ürəyimizdə və yaddaşımızdadır. Onlar heç vaxt unudulmayacaq!

“Bu gün böyük azadlıq missiyasını yerinə yetirən bir qrup hərbi qulluqçumuz dövlətin orden və medalları ilə təltif olunur. Mənim xidmət etdiyim bölmə Füzuli, Şuşa, Kəlbəcər və Xocavənd istiqamətlərində gedən döyüşlərdə və bu rayonların azad olunmasında yaxından iştirak etmişdir. Həmin döyüşlərdə iştirakım dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş və mən “Qarabağ” ordeni ilə təltif olunmuşam”, - deyə kapitan bildirib.

Bu ali diqqətə görə Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürünü bildirən Nurlan Məmmədov deyib: “Müharibədə ağır döyüşlərə atılarkən, Vətən torpağının hər qarışını azad edərkən, Siz Müzəffər Ali Baş Komandanın döyüş əmrini, qat-qat artan mənəvi dəstəyini hiss etmişik. Əmin ola bilərsiniz ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qəhrəman Azərbaycan Ordusu ilə çiyin-çiyinə bundan sonra da Vətənin azadlığı və suverenliyi, xalqımızın təhlükəsizliyi naminə yüksək döyüş qabiliyyəti və möhkəm iradə nümayiş etdirəcək. Bu yolda canımızı belə əsirgəməyəcəyik”.

Tarix
2021.04.12 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikanın İrandakı səfiri: İşimizi Bakıda davam etdirəcəyik

Hakan Fidan Ceyhun Bayramovla nələri müzakirə edib?

Bu ölkənin diplomatları və ailə üzvləri İrandan təxliyə olundu

İlham Əliyev raket hücumuna görə Ərdoğana zəng etdi

Pezeşkiandan yeni liderin seçilməsinə reaksiya

İlham Əliyev Xameneini təbrik etdi

İrandan Türkiyəyə atılan raketlə bağlı Bakıdan reaksiya

Bu dəhliz Bakı və İrəvanı birləşdirəcək - Leyen

Pezeşkian Azərbaycana vəd verdi, bu, önəmlidir

Əliyevin ABŞ-da yaşayan sərt tənqidçisi Əliyevdən yazdı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla